Baydenin Rusiya ilə müharibəyə qoşun göndərmək niyyəti yoxdur

7 Aprel 2022 07:08

ABŞ Prezidenti Cozef Bayden həmişə olduğu kimi Rusiya ilə müharibəyə can atmır. Onun müharibəyə hazırlıqla bağlı bəyanatı ABŞ-ın kursunun dəyişməsi anlamına gəlmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

"Baydenin ABŞ qoşunlarını Rusiya ilə hərbi əməliyyata yollamaq niyyəti yoxdur" - deyə o, vurğulayıb.

Milli.Az