Yaponiyada zəlzələ baş verib

7 Aprel 2022 08:53

Yaponiyanın qərbində 4,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Sidzuoka prefekturasında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Milli.Az