Rusiya MN: Ukraynada 34 hərbi obyekt məhv edilib

6 Aprel 2022 22:20

Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 34 hərbi obyekti məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

General deyib ki, məhv edilən obyektlər arasında artilleriya batareyası, hərbi təchizat anbarları və hərbi texnika da yer alır.

Milli.Az