Təhdid olunan ukraynalı mer şəhəri tərk etdi

6 Aprel 2022 21:10

Skadovsk şəhərinin meri Aleksandr Yakovlev şəhəri tərk etmək məcburiyyətində qalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu addımı rus hərbçiləri tərəfindən hədələndiyi üçün atdığını bildirib: 

"Rusların davamlı təhdidlərini və əməkdaşlıq "təkliflərini" nəzərə alaraq, şəhəri tərk etmək məcburiyyətində qaldım. Başa düşürəm ki, çoxları üçün şəhərdə qalsam, daha sakit olardı, amma birmənalı olaraq mənə dedilər: ya əməkdaşlıq etməlisən, ya da zirzəmiyə gedəcəksən".

Milli.Az