ABŞ Buçada baş verən hadisələrə görə Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.
"Bu gün biz Rusiyanın ən böyük maliyyə institutu "Sberbank" və onun ən böyük özəl bankı "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq etməklə maliyyə şokunu kəskin şəkildə gücləndiririk", - ABŞ Prezidentinin administrasiyasının məlumatında bildirilib.
ABŞ Prezidentinin administrasiyasının məlumatında qeyd olunub ki, Sberbank Rusiya bank sektorunun ümumi aktivlərinin təxminən üçdə birinə sahibdir və ABŞ-ın bu addımı ilə Rusiyanın Bank sektorunun üçdə iksini bloklamış olur.
Əlavə olunub ki, ABŞ G7 və Avropa İttifaqı (Aİ) ilə birlikdə Rusiyaya yeni investisiyalara qadağa elan edir.
Milli.Az