Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan televiziyasının "Mədəniyyət" kanalının "Şuşadan dünyaya" birgə layihəsi Ramil Qasımovun təqdimatında tezliklə "Mədəniyyət" kanalında təqdim olunacaq.
Ramil Qasımovun sözlərinə görə, möhtərəm Prezidentimizin sərəncamı ilə 2022-ci ilin "Şuşa ili" elan edilməsi və həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən xalqımız üçün müqəddəs, əziz məkan və Zəfər rəmzi olan müqəddəs Şuşa şəhərinin 2023-cü il "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması mədəniyyət və incəsənət xadimlərinin daha çox yazıb-yaratmağa, özünü inkişaf etdirməyə sövq etdi və onların həyat eşqinin, ruh yüksəkliyinin artmasına səbəb oldu. İnanıram ki, bu məqsədlə hazırlanan "Şuşadan dünyaya" layihəsidə Azərbaycan mədəniyyəti və incəsənətinə yeni bir töhfə olacaqdır.
Milli.Az