Peyvənd olunanların sayı açıqlanıb

6 Aprel 2022 16:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 823, üç və daha çox doza vaksin vurduranların sayı 8 282, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 595 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 513 935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4829985, üç və daha çox doza vaksin vurduranların sayı 3 123 615, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 311 75 təşkil edir.

Milli.Az