Tarkanın 80 milyonluq lüks yaxtası - FOTO

6 Aprel 2022 19:12

Müğənni Tarkan yeni aldığı lüks yaxta ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinafən xəbər verir ki, ifaçı su nəqliyyat vasitəsi üçün 80 milyon lirə (təxminən 9 milyon 220 min 861 manat) ödəyib. Tarkan yaxtasına qızı Liyanın adını verəcək.

"Numarine xp26" qayığı iki mərtəbədən və beş kabindən ibarətdir. Gəmi Marmarisdə lövbər salacaq.

Milli.Az