Aleyna fanatını həbs etdirir

6 Aprel 2022 18:36

Türkiyənin gənc Estrada ulduzu Aleyna Tilki pərəstişkarını məhkəməyə verib.  

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin ailəsi ilə birlikdə yaşadığı mənzilə icazəsiz girən Muhammed Erkamın həbsi istənilib.  

O, insanların sülh və əmin-amanlığını pozmaqda ittiham edilib.  Eyni zamanda, yaşayış toxunulmazlığını pozan M. Erkama 1 il 3 aydan 4 ilə qədər iş verilməsi tələb olunub.

Milli.Az