Yunanıstan da Rusiyanın 12 diplomatını ölkədən çıxarır

6 Aprel 2022 17:30

Yunanıstan Rusiyanın 12 diplomatını ölkədən çıxarır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yunanıstan XİN məlumat yayıb.

"Rusiya Federasiyasının Yunanıstanda akkreditə olunmuş Diplomatik və Konsulluq Nümayəndəliklərinin 12 üzvü "persona non grata" elan edilib", - XİN-in məlumatında qeyd olunub.

Bildirilib ki, bu qərar Diplomatik Məsələlər üzrə 1961-ci il Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Məsələləri üzrə Vyana Konvensiyasının müddəalarına uyğun olaraq verilib.

Milli.Az