Bu ölkədə maskadan istifadə tələbi qismən ləğv edilir

6 Aprel 2022 22:35

Monteneqroda məktəblərdə, bazarlarda, ticarət mərkəzlərində və idman zallarında qoruyucu maskalardan istifadə tələbi ləğv olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Monteneqronun səhiyyə naziri Yelena Boroviniç Boyoviç deyib.

Nazir qeyd edib ki, yeni qaydalar aprelin 7-dən qüvvədə olacaq. Səhiyyə müəssisələrində və ictimai nəqliyyatda maska taxmaq öhdəliyi isə davam edəcək.

O bildirib ki, ölkədə COVID-19-la bağlı epidemioloji vəziyyət sabitdir.

Milli.Az