Azərbaycanda yeni doğulan körpəyə Zelenskinin adını qoymaq istədilər

6 Aprel 2022 10:03

Azərbaycanda VVAQ şöbəsi yeni doğulmuş körpəyə Volodimir adının qoyulmasına rədd cavabı verib.

Milli.Az bildirir ki, bu barədə tanınmış həkim Səxavət Əlisoy məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin yerli VVAQ şöbəsi Volodimir adının milli olmadığını əsas gətirərək, valideynlərdən körpəyə başqa ad seçməyi tələb edib.

Həmin körpənin valideynləri övladlarına bu adı Ukrayna Prezidenti Volodimir Zelenskinin şərəfinə qoymaq istəyiblər.

Milli.Az