Partlayışdan sonra o gecə klubu da bağlandı

6 Aprel 2022 07:16

"Location" gecə klubunda baş vermiş partlayışdan sonra, obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və onun qardaşı Elşən Səfərova məxsus "The Place" gecə klubu da bağlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən iaişə obyekti 3 gündür ki, fəaliyyət göstərmir. Gecə klubunun fəaliyyətinin bərpa olunub-olunmayacağı isə sual olaraq qalıb. Məlumata görə, "Location"da baş verən partlayışda xəsarət alanlar arasında "The Place"nin əməkdaşları da olub.

Qeyd edək ki, "The Place" ötən ilin martın 10-da fəaliyytə başlayıb. Hazırda Orxan Səfərov "Location"da baş verən partlayışa görə həbs olunan üç nəfərdən biridir.

Milli.Az