Təhsil Nazirliyi həftəlik brifinqlər keçirəcək

5 Aprel 2022 23:47

Təhsil Nazirliyi "Təhsil masası" adlı həftəlik brifinqlər təşkil edəcək.

Nazirlikdən bildirilib ki, məqsəd mediadan ünvanlanan sualların operativ cavablandırılması, həftə ərzində daha çox müraciət edilən məsələlərə aydınlıq gətirilməsidir.

İlk həftəlik brifinq 6 aprel saat 10:00-da nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

"Təhsil masası"nın budəfəki mövzusu 2022-2023-cü tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı" ilə bağlıdır.

Milli.Az