Şəmkirdə yanğın zamanı bir nəfər ölüb

5 Aprel 2022 23:00

Şəmkirdə yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

Kənd sakini Cəmilə Məmmədovaya məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı hadisə yerində ev sahibinin meyti aşkarlanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az