Tanınmış aparıcı villasını satışa çıxardı - FOTO

5 Aprel 2022 22:12

Amerikalı aktrisa-aparıcı Ellen Deceneres dəbdəbəli villasını satışa çıxarıb.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, o, 6 ay əvvəl aldığı villanı 13,5 milyon dollara satır.

Qeyd edək ki, sözügedən villa Kaliforniya ştatında yerləşir.

Təxminən 450 kvadratmetr sahəsi olan evdə idman zalı, ofis, 3 yataq otağı və 4 sanitar qovşağı var.

Milli.Az