Latviya və Estoniyadan 27 rusiyalı diplomat çıxarılır

5 Aprel 2022 20:30

Latviya Rusiya səfirliyinin 13 diplomatını ölkədən çıxarır.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla yanaşı, Liyepa və Dauqavpils şəhərlərində Rusiyanın konsulluqları da bağlanır.

Estoniya isə 14 rusiyalı diplomatı ölkədən çıxarmaqla yanaşı, Narvadakı Rusiya konsulluğunu və Tartuda səfirliyinin ofisini bağlayıb.

Milli.Az