Rusiya ilə Ukrayna arasında hərbi əsirlər dəyişdirilib

5 Aprel 2022 17:48

Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi həyata keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna qarşılıqlı olaraq 86 hərbi əsiri təhvil veriblər.

Milli.Az