Nəsrinin istəyi ilə bütün xanım tərəf müqabillərini sildi

5 Aprel 2022 20:06

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin nişanlısı aktyor Gökhan Alkanın sonuncu addımı müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial media hesabında bütün xanım tərəf müqabillərini izləmədən çıxarıb.

Həmin aktrisalar arasında "Kalp Yarası"ndan Yağmur Tanrısevsin, Şenay Gürler, "Yasak elma"dan Eda Ece yer alıb.

Sosial media izləyiciləri Gökhanın ünvanına "Davranışı heç peşəkar deyil", "Bu, çox qeyri-etikdir" kimi şərhlər gəlib. Aktyor daha sonra şərh bölməsini bağlayıb. Onun bu addımı Nəsrinin istəyi ilə atdığı iddia edilib.

Milli.Az