Volodin Buçadakı vəziyyəti Rusiyanı gözdən salmağa yönəlmiş təxribat adlandırıb

5 Aprel 2022 10:54

Buçadakı vəziyyət Rusiya Federasiyasını gözdən salmaq və sanksiyalara haqq qazandırmaq üçün təxribatdır, NATO ölkələrinin baş verənlərlə bağlı real araşdırmaya ehtiyacı yoxdur.

Milli.Az bildirir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında yazıb.

"Məqsəd eynidir - Rusiyanı gözdən salmaq, sanksiyalara, silah tədarükünə, digər qeyri-dost hərəkətlərə haqq qazandırmaq, Ukraynada vəziyyəti daha da gərginləşdirmək", - o vurğulayıb.

Volodinin sözlərinə görə, NATO ölkələrinin təhqiqata ehtiyacı yoxdur, cinayəti törədənlər artıq təyin edilib.

Aslan Məmmədov
Milli.Az