Rusiyaya qarşı yeni cəza hazırlanır

5 Aprel 2022 09:21

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı beşinci sanksiyalar paketini hazırlayır.

Milli.Az CNBC-yə istinadən bildirir ki, sanksiyaların sərnişin təyyarələrinin lizinqi, aviasiya yanacağının idxalı ilə ixracı, polad məmulatlar, zinyət əşyaları və s.-yə şamil ediləcək.

Rusiyadan enerjidaşıyıcılarına embarqo qoyulması məsələsi müzakirə mövzusudur. Aİ üzvü olan ölkələrin çoxu belə embarqoya qarşı çıxır.

Milli.Az