Ukraynanın İzyum şəhərinin sakinləri zorla Rusiyaya aparılır

5 Aprel 2022 10:00

Rusiya hərbçiləri Ukraynanın İzyum şəhərindən vətəndaşların məcburi çıxarılmasına başlayıblar. İzyum vətəndaşları zorla Rusiyaya aparılır. Həmçinin təmizləmə tədbirləri həyata keçirilir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, "RBC-Ukraina" bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən məlumat yayıb.

"Slobojanşinada, İzyum şəhərində düşmən icbari təmizləmə tədbirləri və yerli sakinlərin məcburi olaraq Rusiya Federasiyasının ərazisinə çıxarılmasını həyata keçirir", - Baş Qərargah bildirib.

Milli.Az