"World of Tanks", "World of Warplanes" və "World of Warships" oyunlarının tərtibatçısı "Wargaming" şirkəti Rusiya və Belarus bazarlarından çıxdığını elan edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın press-relizində deyilir.
Bildirilir ki, 1998-ci ildə Belarusun paytaxtında yaradılan "Wargaming" şirkəti Minskdəki ofisini bağlamağa hazırlaşır.
Şirkət biznesini "Lesta Studio"nun idarəçiliyinə verəcək.
Milli.Az