Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biridir

5 Aprel 2022 08:47

Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biridir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin tviter hesabında məlumat verilib.

"Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biridir. Hələ Rusiyanın davam etməkdə olan hərbi hücumundan əvvəl 1,8 milyondan çox insan 8 il ərzində minaların əhatəsində yaşayıb", - İdarənin mətbuat xidməti yazıb.

Milli.Az