Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

5 Aprel 2022 08:14

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Qala qəsəbəsində qeydə alınıb.

Yolun müəyyən edilməmiş hissəsindən keçən 1996-ci il təvəllüdlü Babazadə Kamran Şücəddin oğlunu minik avtomobili vurub. O, bədənin bir çox nahiyəsinin sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az