Zelenski BMT-də çıxış edəcək

5 Aprel 2022 08:04

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TŞ-na sədrlik edən Böyük Britaniyanın qurumdakı diplomatik missiyası xəbər yayıb.

Bununla belə, diplomatik missiya çıxışın dəqiq vaxtı, həmçinin canlı olub-olmayacağı barədə məlumat verməyib.

Milli.Az