Ebru Gündeş evli iş adamı ilə sevgilidir? - FOTO

5 Aprel 2022 07:57

Türkiyəli məşhur müğənni Ebru Gündeş evli iş adamı Murat Özdemirlə yeni sevgi münasibətinə başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iş adamı Ebru Gündeşə görə xanımı Selin Kabaklıdan boşanır.

Qeyd edək ki, Ebru Gündeş ABŞ-da yaşayan cənubi azərbaycanlı biznesmen Rza Zərrabla evli olub. Eks-cütlüyün Alara adlı bir qızı var. Rza Zərrabdan ayrıldıqdan sonra müğənninin adı iraqlı iş adamı Rasan Xoşnavla çəkilirdi.

Milli.Az