İranın qızıl-valyuta ehtiyatlarının həcmi açıqlanıb

5 Aprel 2022 08:23

İranın qızıl-valyuta ehtiyatları son bir ildə 57 faiz artaraq 57 milyard dollar təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi bildirib.

"İranın qızıl-valyuta ehtiyatları 2020-ci il üçün 36,5 milyard dollar, 2021-ci ildə isə 57 milyard dollar təşkil edib", - Ə.Salehabadi bildirib.

Onun sözlərinə görə, ölkənin valyuta bazarında vəziyyət əlverişli və balanslıdır.

Milli.Az