Zelenski: “Kuleba-Lavrov görüşü nəticəsiz başa çatıb”

4 Aprel 2022 23:29

Prezident Volodimir Zelenski hesab edir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Türkiyədə keçirilmiş görüş nəticəsiz olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

"Dövlət başçısı qeyd edib ki, 2 ölkənin XİN rəhbərlərinin Türkiyədəki görüşü nəticəsiz olub" - deyə məlumatda bildirilir.

Milli.Az