Rusiya Çinlə quru sərhədini açır

4 Aprel 2022 20:48

Rusiya aprelin 9-dan etibarən Çinlə quru sərhədini açır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Koronavirusla mübarizə üzrə Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, aprelin 9-dan etibarən Rusiya vətəndaşları quru sərhədi vasitəsilə Çinə gedə, eləcə də əcnəbi vətəndaşlar Çindən Rusiyaya səfər edə bilərlər.

Milli.Az