Apteklərdə monitorinq keçirilib, 9 adda dərman müsadirə olunub

4 Aprel 2022 19:06

Bakı şəhəri üzrə 10, digər rayonlar üzrə 2 aptek olmaqla, 12 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, müsadirə edilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 9 adda 26 qutu təşkil edib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 7 protokol tərtib edilib.

Milli.Az