Məşhur müğənni Ukrayna ordusunda xidmətə getdi

4 Aprel 2022 17:36

Məşhur estrada müğənnisi Maks Barskix Ukrayna silahlı qüvvələrinin sıralarında təlimlərə başlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb. İfaçı videomüraciətində hərbi təlimlərin keçirildiyini bildirərək bunları qeyd edib: "Kim təsəvvür edə bilərdi? Bir ay əvvəl əlimdə mikrofon var idi, indi isə zaman dəyişir".

M.Barskinin sözlərinə görə, iki həftəlik təlimdən sonra o, döyüş bölgəsinə gedəcək.

Milli.Az