Böyük Britaniya səfiri Bakıdakı partlayışla bağlı başsağlığı verib

4 Aprel 2022 12:27

Britaniya səfiri Bakıda gecə klubunda baş vermiş partlayışla bağlı başsağlığı verib.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də bildirib.

"Aprelin 3-də Bakıda baş vermiş qaz partlayışı ilə əlaqədar insan itkisinə görə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin hamısına şəfa diləyirəm", - diplomat qeyd edib.

Milli.Az