Novxanıda avtomobillər toqquşub, ölən var

4 Aprel 2022 13:54

Novxanıda avtomobillər toqquşub, ölən var.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 2-də saat 14 radələrində Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakinləri - A.Mirzəyevin idarə etdiyi "Hyundai" və Səbuhi Seyidovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Seyidov ölüb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az