9 ildir ki, axtarılan keçmiş polis rəisi həbs edildi - Ermənilərlə birgə cinayətlər törədib

4 Aprel 2022 23:31

9 il axtarışda olan Anapa (Krım) cinayət axtarış şöbəsinin keçmiş rəhbəri İqor Nexayenko saxlanılıb. 2013-cü ildə o, cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilindiyindən barəsində həbs qərarı çıxarılıb.

Milli.Az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, Nexayenko Zirinov quldur dəstəsinin üzvü olub. Dəstənin bütün üzvləri, o cümlədən lider biznesi ələ keçirmək məqsədilə quldurluqda və sahibkarları öldürməkdə təqsirli bilinib. Mütəşəkkil cinayətkar dəstənin tərkibində Zirinovun tanışları - Knarik Aslanyan, Eduard Paladyan, Amar Suloyev, Anastas Tilgerov, Dmitri Sapojnikov, Andrey Miroşnikov və başqaları da olub.

Anar Əli
Milli.Az