Nikolayevə raket zərbələri endirilib

4 Aprel 2022 10:48

Bazar ertəsi səhər, aprelin 4-də rus qoşunları Nikolayevə bir neçə raket zərbəsi endirib.

Milli.Az bildirir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç öz Teleqram kanalında məlumat verib.

"Dostlar, səhər saatlarından rus qoşunları şəhərə bir neçə raket hücumu həyata keçirdilər. Biz məlumatlar toplayırıq", - o yazıb.

O, yerli sakinlərdən rəsmi mənbələr açıqlamayana qədər heç bir foto və ya video yaymamağı xahiş edib.

Aslan Məmmədov
Milli.Az