Çexiya Prezidenti Miloş Zeman Ukraynada dinc əhalinin qətlinə görə məsuliyyət daşıyanların mühakimə olunması üçün beynəlxalq tribunalın yaradılmasına çağırıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, sənədin mətni dövlət saytında yerləşdirilib.
"Respublika Prezidenti Miloş Zeman Ukraynada dinc əhalinin öldürülməsini müharibə cinayəti kimi pisləyir və bunun beynəlxalq məhkəmə tərəfindən ədalətli şəkildə cəzalandırılacağına inanır", - sənəddə deyilir.
Milli.Az