Türkiyədə daha 38 koronavirus xəstəsi vəfat edib

3 Aprel 2022 20:45

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 38 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 211 min 068 nəfərin test edildiyi, 9 min 021 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 10 min 312 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Milli.Az