Rusiyada koronavirusdan ölənlərin sayı 369 708 nəfərə çatıb

3 Aprel 2022 17:37

Rusiyada son sutka ərzində daha 16 828 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 896 866 nəfərə çatıb.

Son sutka ərzində 304 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 369 708 nəfərə çatıb.

Milli.Az