Taliban xaşxaşın becərilməsini qadağan etdi

3 Aprel 2022 16:52

Taliban Əfqanıstanda xaşxaşın becərilməsini qadağan edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan İslam Əmirliyinin ali lideri fərman imzalayıb.

Bildirilib ki, qaydalara riayət etməyənlərin məhsulu məhv ediləcək, özləri isə şəriət qaydaları əsasında sərt şəkildə cəzalanacaq.

Bundan başqa bütün növ narkotiklərin istehlakı, daşınması, ticarəti, alkoqollu içkilərin ixracı və idxalı qadağan edilir.

Milli.Az