Gəncədə kişi qeyri-rəsmi yaşadığı arvadını bıçaqlayıb

3 Aprel 2022 09:48

Gəncədə qadın bıçaq xəsarətləri alıb.

Milli.Az bildirir ki, 1975-ci il təvəllüdlü Əhmədova Səidə qol və sifət nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadına lazımi tibbi yardım göstərilib,vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, qadını qeyri-rəsmi yaşadığı həmyaşıdı Hüseynov Sahib bıçaqla vurub.

Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az