Son sutkada bu qədər vaksin vuruldu

2 Aprel 2022 16:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 558 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1180, üç və daha çox doza vaksin vurduranların sayı 9718, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 591 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 481 759, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 326 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 827 053, üç və daha çox doza vaksin vurduranların sayı 3 098 441, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 229 901 təşkil edir.

Milli.Az