Moskvaya uçuşların bərpası xəbəri ilə bağlı AZAL-dan açıqlama

2 Aprel 2022 13:42

Bir sıra yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.

Ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir.

Milli.Az