"Üstümüzə gəlməyin, artıq çəkilərimizdən yazmayın" - Aygün Kazımova - FOTO

2 Aprel 2022 15:24

"Bizim artıq çəkilərimizdən, pis, yaraşmayan geyimimizdən yazmayın. Hər zaman gözəl görünmək istəyirik. Üstümüzə gəlməyin".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova media nümayəndələrinə müraciətindən deyib. Rəqqasə Fatimə Fətəliyevanın ad gününə qatılan müğənni fotoşop proqramlarından danışıb:

"Həmişə istəyirik, gözəlliyimizdən yazasınız. Yaxşı ki, bu proqramlar var. Narahat olurduq ki, fotoda necə düşürük".

Kazımova daha sonra sənət adamlarına üzünü tutaraq "Ayağımıza atılan daşlardan saray tikmişik. Bu daşlara önəm verməyin" sözlərini söyləyib. 

Milli.Az