Zərdabda 72 yaşlı kişi intihar edib

2 Aprel 2022 14:18

Zərdab rayonunda 72 yaşlı kişi intihar edib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1950-ci il təvəllüdlü Qasımov Hacı İsmi oğlu yaşadığı evin həyətində özünü asıb.

İntiharın ilkin səbəbləri kimi H.Qasımovun son vaxtlar onkoloji xəstəlikdən çox əziyyət çəkməsi göstərilir.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az