İti öldürüb traktoru ilə sürüdü - Səbəb - VİDEO

2 Aprel 2022 14:54

Türkiyənin Bursa şəhərində qandonduran hadisə baş verib.

Milli.Az xəzərxəbər-ə istinadla bildirir ki, İnegöl bölgəsində yaşayan Rauf Halil B. adlı şəxs toyuqlarına hücum etdiyi üçün ev tüfəngi ilə sahibsiz iti öldürüb. O daha sonra boğaz olan iti kənd təsərrüfatında istifadə etdiyi nəqliyyat vasitəsinə bağlayaraq sürüməyə başlayıb. 

Rauf Halil B.-nin bu addımı qonşuları tərəfindən anbaan görüntülənib. Sosial şəbəkələrdə yayılan fotolarda Halilin itin cəsədini traktorla sürüməsi açıq-aşkar görünür. Baş verən hadisə haqqında hüquq-mühafizə orqanlarına xəbər verilib. Həbs olunan Rauf daha sonra ev dustaqlığına buraxılıb.

Milli.Az