İtaliya klubunun futbolçusu Türkiyə nəhənginə keçir

2 Aprel 2022 17:24

Bu mövsüm böyük ölçüdə çempionluğu təmin edən "Trabzonspor" növbəti mövsümün planlarına başlayıb.

Milli.Az offsideplus.az-a istindən xəbər verir ki, "bordo-mavililər" "Kalyari" forması geyinən 28 yaşlı yunanıstanlı müdafiəçi Çaralampos Lykogiannisi heyətinə qatmaq istəyir. Onun A Seriya klubuyla sözləşməsi bu yay başa çatır.

Qeyd edək ki, o, bu sezon İtaliya çempionatında 24 oyunda meydana çıxıb.

Milli.Az