Rusiyalı milyarder sanksiyaya görə helikopterini itirdi

2 Aprel 2022 09:42

Rusiyalı oliqarxlara qarşı tətbiq edilən sanksiyalar nəticəsində Əlişir Usmanov iki helikopterini itirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Məlumata görə, Usmanovun "Airbus EC-175" və "Eurocopter EC-155" markalı helikopterlərinə Fransanın Le Castellet və Monte Karlo şəhərlərində həbs qoyulub.

Həmin helikopterlərin 26 milyon dollar dəyərində olduğu bildirilir.

Milli.Az