Bakıda kişini avtomobil vurub

2 Aprel 2022 08:32

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Mehdi Abbasov küçəsində baş verib.

1963-cü il təvəllüdlü Aslanov Azər İsgəndər oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

A.Aslanov qapalı kəllə-beyin travması və sol dizin sınığı diaqnozu ilə xəstəxanın müştərək travma şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az