Bakıda kafedə dava olub, bıçaqlanan var

2 Aprel 2022 08:02

Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "DSK" yolu kimi tanınan ərazidə yerləşən "Yubiley" kafesində qeydə alınıb.

1981-ci il təvəllüdlü Alıyev Vüsal Xasay oğlu dostu ilə kafedə yeyib-içərkən aralarında mübahisə yaranıb.

Daha sonra mübahisə davaya çevrilib.

Bu zaman V.Alıyev qarın nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az